​"Elektron Hökumət" portalı statistik məlumatları açıqlayıb

​"Elektron Hökumət" portalı statistik məlumatları açıqlayıb Dekabrda "Elektron Hökumət"də ən çox istifadə olunan xidmətlər müəyyənləşib
İKT
14 Yanvar , 2015 17:46
​Elektron Hökumət portalı statistik məlumatları açıqlayıb
Bakı. 14 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayında "Elektron Hökumət" portalı vasitəsilə istifadə edilən ən çox xidmətlər 4 quruma məxsus olub. "Report"un məlumatına görə, bu məlumatlar qurumun hazırladığı aylıq bülletendə qeyd edilib.

Bülletendə açıqlanan ilk 20-likdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 3, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 5, Dövlət Sosial Müdafiə Fondunun 9, "Elektron Hökumət" portalının isə 3 elektron xidməti qərarlaşıb.

Xatırladaq ki, siyahıya 153 958 sayla ƏƏSMN-nin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi xidməti liderlik edir.


Son xəbərlər

Orphus sistemi