Yuxarı

​"Elektron hökumət" portalında ən çox istifadə olunan elektron xidmətlərin avqust reytinqi açıqlanıb

Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi liderlik edir

Bakı. 15 sentyabr.REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) avqust ayında "Elektron hökumət" portalı vasitəsi ilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidməti avqustda istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 489 759 giriş olub.

Daha çox istifadə olunan elektron xidmətlərin daxil olduğu siyahıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi" (272 292), "Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu" (216 298), RYTN-in "Telefon nömrəsi üzrə axtarış" (65 161), Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyinin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" (39 384), RYTN-in "Rabitə və kommunal xidmət haqqlarının internet vasitəsilə ödənilməsi" (13 249) və digər qurumların xidmətlərinin adı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi