Ekspert: "Azərbaycanda smartfonlardakı kiberhadisələr 9,3% təşkil edib"

Ekspert: "Azərbaycanda smartfonlardakı kiberhadisələr 9,3% təşkil edib" Bu göstərici üzrə Azərbaycan 20-ci yerdə qərarlaşıb
İKT
18 Aprel , 2016 09:14
Ekspert: Azərbaycanda smartfonlardakı kiberhadisələr 9,3% təşkil edib

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə Yaxın Şərq, Türkiyə və Orta Şərq regionu ölkələri smartfonlarda kiberhadisələrlə qarşılaşan istifadəçilərin nisbətinə görə, dünyanın ilk 20-də yer alıb. 

"Report" xəbər verir ki, bu barədə Bakıda "Kasperski Laboratoriyası"nın keçirdiyi "Kibertəhlükəsizlik Həftəsonu" adlı konfransda şirkətin qlobal araşdırmalar və analiz komandasının kibertəhlükəsizlik üzrə baş eksperti Məhəmməd Amin Hasbini bildirib. 

Onun sözlərinə görə, aparılan araşdırmaların nəticələrinə əsasən, bu sahədə Azərbaycan 9,3% göstərici ilə 20-ci yerdə qərarlaşıb. 

"Müqayisə üçün Misir 12% göstərici ilə 13-cü, Türkiyə 10,7%-lə 14-cü, Keniya 9,4%-lə 18-cidir", - deyə ekspert əlavə edib. 

Konfransda qeyd olunub ki, regionda mobil rabitə xidmətlərindən istifadənin genişlənməsi daim öz alətlərini təkmilləşdirən kibercinayətkarların diqqətini cəlb etməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi