Yuxarı

“E&Y”: Azərbaycanda internet xidməti bir qədər də ucuzlaşacaq

​“E&Y”: Azərbaycanda internet xidməti bir qədər də ucuzlaşacaq

Avropa İttifaqının Azərbaycanla birgə həyata keçirəcəyi "Eu4Digital" layihəsi hesabına ölkədə internet xidməti bir qədər də ucuzlaşacaq.

“Report” xəbər verir ki, bunu layihənin icrasına cəlb olunmuş “E&Y” audit şirkətinin nümayəndəsi Arturas Pliponis deyib.

"Biz xüsusilə kənd yerlərində yüksək sürətli internetin əlçatanlığını təmin etməyi düşünürük. Bunun üçün isə rəqəmsal transformasiya önəmlidir. Bu transformasiya təkcə Azərbaycanda deyil, bütün region üçün əhəmiyyətlidir və biz bunun üçün çalışırıq”, - o bildirib.

“E&Y” rəsmisi onu da əlavə edib ki, layihə Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxil olmaqla əksər dövlət qurumları ilə birgə icra olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi