Yuxarı

Məlumat Hesablama Mərkəzi: “E-imzalar” sahiblərinə çatdırılacaq

​“E-imzalar” nazirlik tərəfindən sahiblərinə çatdırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına əsasən, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə vətəndaş qəbullarının təxirə salındığı və müraciətlərin yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməli olduğunu nəzərə alaraq, bu gündən etibarən elektron imza sertifikatının sifarişi onlayn qəbul ediləcək.

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin yaydığı məlumatda qeyd edilir.

Bildirilib ki, sifariş edilən e-imzalar imza sahibinə çatdırılacaq: "Qeyd edək ki, onlayn sifariş etdiyiniz elektron imza sertifikatını ərizənizdə göstərdiyiniz yaşadığınız yerə yaxın olan, "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən ala bilərsiniz. Həmçinin 157 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi