Yuxarı

"e-Hökumət" portalındakı "Şəxsi kabinet"in yeni funksiyaları istifadəyə veriləcək

Portalda qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır

Bakı. 16 iyun. REPORT.AZ/ Tezliklə “Elektron hökumət” portalındakı “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borcları, ödəməli olduqları cərimə və rüsumlar ödəyə, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar barədə bildiriş əldə edə biləcəklər.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən bildirir ki, istifadəçinin sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş də almaq mümkün olacaq.

Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi