"E-Hökumət" portalında xidmətlərindən ən çox istifadə olunan dövlət qurumlarının adları açıqlanıb

"E-Hökumət" portalında xidmətlərindən ən çox istifadə olunan dövlət qurumlarının adları açıqlanıb "Elektron Hökumət" portalı üzərindən xidmət göstərən qurumların sayı 45-dir
İKT
6 Avqust , 2015 20:15
E-Hökumət portalında xidmətlərindən ən çox istifadə olunan dövlət qurumlarının adları açıqlanıb

Bakı. 6 avqust. REPORT.AZ/ Cari ilin iyul ayında "Elektron Hökumət" portalı üzərindən xidmət göstərən 45 qurumdan 5-nin xidmətindən daha çox istifadə olunub.

"Report" portala istinadən bildirir ki, “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan statistikaya əsasən, iyul ayı ərzində ən çox Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətlərindən istifadə olunub. Belə ki, qurumun elektron xidmətlərindən 854 357 dəfə istifadə edilib. Qeyd edək ki, TQDK-nın ən çox istifadə olunan xidmətləri qəbul imtahanlarına buraxılış vəqərələrinin verilməsi və namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi ilə bağlı olan xidmətlərdir.

Xidmətlərinin istifadə statistikasına görə ikinci olan qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. İyul ayının statistikasına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi portalda 3-cü yerdədir.

Dövlət Sosial Müdafiə Fondunun 12 sosial xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib. Bununla da Fondun portaldakı yeri 4-cü sıradadır.

Portalda bir ildir yaradılan "Elektron arayışlar" xidməti vasitəsilə vətəndaşlar 9 növ arayışları dövlət qurumuna getmədən elektron hökumət portalından əldə edə bilirlər. Məlumatda qeyd olunub ki, hazırda 25-ə yaxın bank və bir neçə kredit təşkilatları bu xidmətdən faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər. 

Hazırda isə "Elektron Hökumət" portalı üzərindən xidmət göstərən qurumların sayı 45, təqdim edilən xidmətlərin sayı isə 409-dur. Avqustun 1-nə portalın istifadəçilərinin sayı 2,3 mln. nəfərdən çox olub və onlar 14,1 mln. dəfədən çox e-xidmətlərdən istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi