"e-Hökumət" portalında xidmətlərindən ən çox istifadə olunan qurumların adı açıqlanıb

"e-Hökumət" portalında xidmətlərindən ən çox istifadə olunan qurumların adı açıqlanıb Bütün qurumlar üzrə ümumilikdə 532 785 nəfər e-xidmətlərdən istifadə edib
İKT
13 Fevral , 2015 10:31
e-Hökumət portalında xidmətlərindən ən çox istifadə olunan qurumların adı açıqlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ “Elektron hökumət” portalında cari ilin yanvar ayı ərzində bütün qurumlar tərəfindən təqdim olunan e-xidmətlərdən 532 785 nəfər istifadə edib. “Report” xəbər verir ki, bu barədə portalın yanvar ayı üçün olan statistik məlumatlarında qeyd olunub.

Hesabat ayında vətəndaşlar ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən istifadə ediblər. Belə ki, Nazirliyin 8 elektron xidmətindən 208 682 nəfər yararlanıb. İkinci sırada dayanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi 43 elektron xidmətdən 206 797 nəfər istifadə edib. Dövlət Sosial Müdafiə Fondunun 13 elektron xidmətindən 64 768 nəfər, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 14 elektron xidmətindən 3 917 nəfər, Daxili İşlər Nazirliyinin 2 elektron xidmətindən 3 140 nəfər, “Azərenerji” ASC-nin 2 elektron xidmətindən 1 431 nəfər, Təhsil Nazirliyinin 2 elektron xidmətindən 1 065 nəfər, Mərkəzi Seçki Komissiyasının 7 elektron xidmətindən 1 019 və “Azərsu” ASC-nin təqdim etdiyi 3 elektron xidmətdən 987 nəfər yararlanıb.

Qeyd edək ki, siyahıda 43 qurum yer alıb və hər birinin təqdim etdiyi elektron xidmətlərin sayları müxtəlifdir.

Son xəbərlər

Orphus sistemi