Yuxarı

Dünyadakı şirkətlərin 27%-i süni intellekt texnologiyalarından istifadə edir

Dünyadakı şirkətlərin 27%-i süni intellekt texnologiyalarından istifadə edir

Bakı. 16 avqust. REPORT.AZ/ ABŞ-ın "Microsoft" korporasiyası bəyan edib ki, hazırda dünyadakı şirkətlərin 27%-i süni intellekt texnologiyalarından istifadə edir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə korporasiyanın hesabatında bildirilir. 

Sənədə əsasən, şirkətlərin 46%-i sözügedən texnologiyaların tətbiqi ilə bağlı pilot layihələr hazırlayır. 

Araşdırmalar onu da göstərir ki, süni intellekti lazımsız hesab edən şirkət rəhbərlərinin sayı da getdikcə azalır. Rəhbər şəxslərin 94%-i bu texnologiyaların biznes üçün faydalı və gələcəkdə yeni həllərin, savadlı kadrların şirkətdə saxlanması üçün əvəzolunmaz olduğunu düşünür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi