Dünyada "Windows 10" qurğularının sayı 67 milyona çatıb

Dünyada "Windows 10" qurğularının sayı 67 milyona çatıb Bu, buraxılışın ilk günlərində planetdə hər saniyə orta hesabla 162 instalyasiyanın istehsal olunduğu deməkdir
İKT
4 Avqust , 2015 04:00
Dünyada Windows 10 qurğularının sayı 67 milyona çatıb

Bakı. 4 avqust. REPORT.AZ/ "Windows 10" əməliyyat sistemi dünyada 67 milyondan artıq qurğuda yerləşdirilib. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir. 

Bu, buraxılışın ilk günlərində planetdə hər saniyə orta hesabla 162 instalyasiyanın istehsal olunduğu deməkdir. Prioritet qaydada yenilənməni əldə etməyə imkan verən "Windows Insider" proqramının qeydiyyatdan keçmiş iştirakçılarının sayı "Windows 10" sisteminin çıxdığı ana təxminən 5 mln. təşkil edib. 

Microsoft yaxın 3 il ərzində bu sayı 1 mlrd.-a çatdırmağı nəzərdə tutub. Hazırda proqramın ОС Home və Pro versiyaları, eləcə də Enterprise və Education versiyalarından istifadə etmək mümkündür. "Windows 10" mobil versiyası payızda buraxılacaq. 

Son xəbərlər

Orphus sistemi