​Dövlət Statistika Komitəsində Statistik analiz sisteminin təliminə başlanıb

​Dövlət Statistika Komitəsində Statistik analiz sisteminin təliminə başlanıb Təlim iyulun 15-də başa çatacaq
İKT
11 İyul , 2016 15:19
​Dövlət Statistika Komitəsində Statistik analiz sisteminin təliminə başlanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsində “Statistik Analiz Sistemi” (SAS) proqram - paketinin öyrənilməsi təliminə başlanıb.

Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, təlim BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilir. Tədbirdə Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin təmsilçiləri, Türkiyə Statistika Qurumunun Əhali və Miqrasiya Qrupunun rəhbəri, Dövlət Statistika Komitəsi Aparatının Əhali və Sosial statistika şöbələri, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin nümayəndələri iştirak edirlər.

Təlim kursunun keçirilməsində əsas məqsəq əhalinin təbii və mexaniki hərəkəti ilə bağlı məlumat bazasından əhali statistikasına dair yekun statistik məlumatların SAS proqram - paketi vasitəsilə əldə olunmasının öyrənilməsidir.

Təlimdə proqram-paketin üstünlükləri diqqətə çatdırılıb və bu sahədə Türkiyə Statistika Qurumunun Əhali və Miqrasiya Qrupunun təcrübəsindən söhbət açılıb. 

SAS proqram - paketinin öyrənilməsi təlimi iyulun 15-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi