Dövlət Statistika Komitəsi açıq tender elan edib

Dövlət Statistika Komitəsi açıq tender elan edib Tenderdə iştirak haqqı 500 manatdır
İKT
24 Avqust , 2017 11:55
Dövlət Statistika Komitəsi açıq tender elan edib
Report

Bakı. 24 avqust.REPORT.AZ/ Dövlət Statistika Komitəsi informasiya və kommunikasiya texnologiyaları məhsulları, soyuducu və kondisionerin alınması ilə əlaqədar açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tenderdə iştirak haqqı 500 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 13 sentyabr saat 18:00-dək, tender təklifi və bank zəmanətini isə 22 sentyabr saat 18:00-dək Dövlət Statistika Komitəsinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti,81 (otaq 513, əlaqələndirici şəxs Qönçə Qasımova (012) 538 62 57) ünvanına təqdim etməlidirlər.

Təklif zərfləri 25 sentyabr saat 11:00-da qeyd edilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi