Dövlət qurumlarında innovasiya auditi keçiriləcək

Dövlət qurumlarında innovasiya auditi keçiriləcək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi yaxın zamanlarda innovasiya auditi keçirməyi planlaşdırır.
İKT
28 Avqust , 2019 10:22
Dövlət qurumlarında innovasiya auditi keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi yaxın zamanlarda innovasiya auditi keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Agentliyinin sədri Tural Kərimli "AZCLOUD Hackathon 2019" müsabiqəsi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, artıq bir neçə dövlət qurumu ilə ilkin razılaşma əldə olunub.

"Bu innovasiya auditi nəticəsində hansı dövlət qurumu, hansı innovativ həllər tətbiq edə bilər, hansı prosesləri daha da optimallaşdıra bilər, auditin nəticəsində bu tələblər müəyyən olunacaq", - T. Kərimli vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi