Dövlət Neft Fondu təkliflər sorğusu elan edib

Dövlət Neft Fondu təkliflər sorğusu elan edib Sorğu Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın rəsmi veb-saytının yaradılması üçün keçirilir
İKT
30 Avqust , 2017 14:13
Dövlət Neft Fondu təkliflər sorğusu elan edib

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın rəsmi internet səhifəsinin yaradılması üçün təkliflər sorğusu keçirir.

“Report” xəbər verir ki, bu barədə rəsmi qəzetdə bildirilib.

Qeyd edilir ki, müsabiqə iştirakçıları əsas şərtlər toplusunu əldə etmək üçün ARDNF-ə müraciət etməlidirlər. Təkliflər oktyabrın 2-si saat 18.00-dək Fonda təqdim edilməlidir. Təklif zərfləri oktyabrın 3-ü saat 11:00-da ARDNF-də (Bakı şəhəri, H.Əliyev prospekti,165) açılacaq.

Son xəbərlər

Orphus sistemi