Yuxarı
    Bağlamaq

    Dövlət Avtomobil Nəqliyyatı Xidməti xüsusi blankların alınması üçün tender keçirir

    Bu məqsədlə təşkil olunan tender üzrə təkliflərə martın 13-də baxılacaq

    Bakı. 9 fevral. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2017-ci ildə xarici ölkələrin yükdaşıyıcıları üçün "İcazə" blankları, NNAK kitabçaları, "kvota" icazələri və sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcılar) üçün "Fərqlənmə nişanları", "Xüsusi fərqlənmə nişanları"nın və sair çap işlərinin satın alınması məqsədilə açıq tender elan edib.

    "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, tenderdə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri martın 1-nə qədər, tender təklifini və onun bank təminatını isə martın 10-na qədər DANX-ya (Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanına) təqdim etməlidirlər.

    Təkliflərə martın 13-ü, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi