Yuxarı
    Bağlamaq

    ​Dövlət Avtomobil Nəqliyyatı Xidməti tender elan edib

    Müsabiqə icazə blanklarının çap edilməsi məqsədi ilə elan olunub

    Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2016-cı ildə xarici ölkələrin yükdaşıyıcıları üçün “İcazə” blankları, NNAK kitabçaları, “kvota” icazələri, sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcıları) üçün “Fərqlənmə nişanları”, ”Xüsusi fərqlənmə nişanları”nın və s. çap işlərinin satın alınması məqsədi ilə açıq tender eilan edib. 

    “Report”un məlumatına görə, tenderdə iştirak üçün sənəd qəbulu iyulun 12-dək davam edəcək.

    Şərtlərə görə, iddiaçılar iştirak haqqı ödəməklə yanaşı tender təklifinin dəyərinin 3%-i həcmində bank təminatı təqdim etməlidir. Tender təklifi və tender təklifinin təminatı iyulun 22-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim edilməlidir.

    Təkliflərə iyulun 25-də saat 11:00-da Dövlət Xidmətinin inzibati binasında baxılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi