“Diplom haqqında arayış” elektron xidməti yenilənib

“Diplom haqqında arayış” elektron xidməti yenilənib Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalında qeydiyyatdan keçmək lazımdır
İKT
24 May , 2017 19:52
“Diplom haqqında arayış” elektron xidməti yenilənib

Bakı. 24 may. REPORT.AZ/ “Elektron hökumət” portalında Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Diplom haqqında arayış" adlı elektron xidmət yenilənib. 

Portaldan "Report"a daxil olan məlumata görə, məlumat bazasına olunan əlavələrdən sonra ali məktəb məzunları 2011-ci ildən bu günədək olan diplomları haqqında arayışı əldə edə etmək imkanı qazanıblar.

"İndiyədək "Diplom haqqında arayış" elektron xidməti 2012-2013-cü illərin məlumatını özündə əks etdirirdi. Bir neçə ildir portal istifadəçilərinin ixtiyarında olan adı çəkilən xidmətə istifadəyə verildiyi tarixdən bu günədək 58 min 424 dəfə müraciət qeydə alınıb. Elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, doğum tarixi, qəbul olduğu təhsil müəssisəsinin adı, qəbul olduğu ixtisas, həmçinin bitirdiyi təhsil müəssisəsinin adı, ixtisası, fakultə, təhsil pilləsi, təlim dili, təhsil müəssisəsinə daxil olduğu və bitirdiyi illər, diplomun seriya nömrəsi, növü və s. məlumatlar öz əksini tapır. Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalında qeydiyyatdan keçmək lazımdır. İstifadəçilər arayışı əldə etmək üçün 2 üsuldan istifadə edə bilər.

“Diplomun Seriya və Nömrəsinə görə” axtarışı seçən istifadəçi diplomun seriya nömrəsini, adının birinci hərfini, soyadnın birinci hərfini və ata adının birinci hərfini sistemə daxil edib, "Göstər" düyməsini seçməklə elektron arayışını əldə edəcək.

“FİN-ə görə” axtarış düyməsini seçdikdə isə sistemə heç bir məlumat daxil edilmir. Sistem qeydiyyatdan keçmiş istifadəçini identifikasiya etdiyindən FİN nömrəsi avtomatik olaraq ekranda əks olunur. Sadəcə "Göstər" düyməsini seçməklə diplom haqqında məlumatı ekranda görmək mümkündür", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi