Yuxarı
    Bağlamaq

    "Dilmanc" tərcüməçi proqramından 260 minə yaxın istifadəçi yararlanıb

    Proqram Google Play Store və Apple App Storedan 300 min dəfəyə yaxın köçürülüb

    Bakı.  23 noyabr. REPORT.AZ/ Mobil qurğular üçün “Dilmanc Translator” tərcüməçi proqramı 2015-ci il ərzində (noyabrın 18-dək) 129 ölkədə 260 minə yaxın istifadəçi tərəfindən istifadə edilib.

    "Dilmanc"dan "Report"a verilən məlumatda bildirilir ki, pulsuz yayılan “Dilmanc Translator” proqramı “Google Play Store” və “Apple App Store”dan 300 min dəfəyə yaxın köçürülüb. Proqramın geniş istifadə edildiyi ilk 10 ölkə sırasına Azərbaycan və keçmiş SSRİ ölkələri ilə yanaşı, Türkiyə, Almaniya, ABŞ, İran və digər ölkələr də daxildir.

    Qeyd edək ki, “Android” və “iOS” əməliyyat sistemlərində işləyən bu proqram istifadəçiyə Azərbaycan, ingilis, türk və rus dilləri arasında tərcümə aparmağa imkan verir. Proqram həm şifahi danışığı, həm də mətni tərcümə etməyə və nəticəni səsləndirməyə imkan verir. Tək söz daxil ediləndə həmin sözün lüğətdə mənaları, nitq hissəsi, sinonimləri və s. informasiya göstərilir. Proqramın digər maraqlı imkanı isə əcnəbi ilə söhbət rejimidir. Bu rejimdə uyğun düymələr basılmaqla xarici dildə danışıq Azərbaycan dilinə, Azərbaycan dilində danışıq isə xarici dilə avtomatik tərcümə olunaraq səsləndirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi