Yuxarı

​"Delta Telecom": IP-telefoniya xidməti axşama qədər bərpa olunacaq

Şirkət xidmətin bərpa olunması üzərində işləyir

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanda bu həftənin əvvəlində internetin kəsilməsi nəticəsində fəaliyyətini dayandıran IP-telefoniya (internet telefoniya) xidməti bu axşama qədər bərpa olunacaq.

Bu barədə "Report"a “Delta Telecom” MMC-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov bildirib.

"IP-telefoniya xidməti göstərən şəhər telefon rabitəsi operatorları ilə bağlı yəqin ki, problem olmayacaq. Bu gün axşama qədər məsələnin həlli tamamlanacaq və proqram təminatının yenilənməsi yekunlaşacaq. Telefonlar fərdi nömrələrə bağlı olduğuna görə, onlar yenidən yazılır və yüklənilir. Hazırda bu xidmətin təxminən 60-70%-i işləyir və bu, sadəcə olaraq texniki bir problemdir", - deyə A.Gülməmmədov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi