Yuxarı
    Bağlamaq

    "Delta Telecom": Bakının internet təchizatında 99% problem yoxdur

    Azərbaycanın milli kommunikasiya operatoru problemin yerli provayderlərdə olduğunu bəyan edir

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın internet təchizatında yenidən problemlər müşahidə edilir. 

    "Report"un məlumatına görə, hazırda Bakının ayrı-ayrı yerlərində qlobal şəbəkəyə qoşulmaqda tez-tez fasilələr yaranır.

    Məsələ ilə bağlı Azərbaycanın milli kommunikasiya operatoru - "Delta Telecom" MMC-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov "Report"a bildirib ki, şirkətin mütəxəssisləri internet təchizatında hər hansı problem qeydə almayıblar: "Hazırda ofisdə deyiləm, lakin olduğum yerdə internet normal işləyir. Deməli, bütün ölkə üzrə problemin olduğunu demək olmaz. "Delta Telecom"un fəaliyyəti ilə bağlı problem yaransaydı, mənə ofisdən məruzə edilərdi. Deyə bilərəm ki, 99% problem yoxdur", - deyə A. Gülməmmədov əlavə edib.

    Bununla belə, "Delta Telecom" rəsmisi istisna etməyib ki, problem ayrı-ayrı provayderlərin işi ilə bağlı ola bilər.

    Maraqlıdır ki, yerli internet provayderləri də yaranan fasilələrlə "Delta Telecom"u ittiham edirlər. Şirkətlərdən "Report"a bildirilib ki, "Delta Telecom"da yaranmış texniki problemlər abunəçiləri normal internetlə təmin etməyə imkan vermir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi