Yuxarı
    Bağlamaq

    ​Çin şirkəti dünya smartfon bazarında liderlərin mövqelərini zəiflədib

    Yaxın vaxtlarda Azərbaycan bazarına yeni smartfonların gətiriləcəyi gözlənilir

    Bakı. 6 yanvar. REPORT.AZ/ Çinin "Xiaomi" şirkəti dünya smartfon bazarında satış həcminə görə ilk üçlüyə daxil olub. Smartfon bazarına 2010-cu ilin aprel ayında çıxan şirkət hazırda satış göstəricisinə görə yalnız "Apple" və "Samsung"dan geri qalır.

    "Report"un "CNN Money"ə istinadən verdiyi xəbərə görə, "Xiaomi" 2014-cü ildə 61 mln. ədəd smartfon sataraq, satışdan 12 mlrd. ABŞ dolları həcmində gəlir əldə edib. Qeyd edək ki, "Apple" keçən ilin ilk 9 ayında 118 mln. ədəd "iPhone" satıb (IV rüb haqqında məlumatlar hələ açıqlanmayıb).

    Bununla yanaşı qeyd olunur ki, yeni smartfon istehsalçısı artıq Çin bazarında "Samsung"u ötüb. Şirkət bazar dəyərinə görə (45 mlrd. dollar) "Sony", LG və "Motorola" kimi nəhəngləri qabaqlayıb.

    "Xiaomi"nin ekspertləri 2015-ci ildə smartfon satışının 100 mln. ədədə yüksələcəyini proqnozlaşdırırlar. Şirkət artıq Hindistan, İndoneziya, Meksika, Rusiya və Türkiyə bazarlarında yer alıb və yaxın zamanda Azərbaycan bazarına daxil olmağı planlaşdırır.

    Qeyd edək ki, Çin şirkətinin istehsal etdiyi smartfonların satış qiyməti 100-300 dollar təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi