"Samsung" telefonların kabelsiz enerji yığa biləcəyi monitor istehsal edib

"Samsung" telefonların kabelsiz enerji yığa biləcəyi monitor istehsal edib Kabelsiz enerji xüsusiyyəti yalnız "Galaxy S6" və "Galaxy S6 Edge" smartfonlarına uyğundur
İKT
28 İyul , 2015 13:54
Samsung telefonların kabelsiz enerji yığa biləcəyi monitor istehsal edib

Bakı. 28 iyul. REPORT.AZ/ Smartfon və planşet istehsalı üzrə də ixtisaslaşan “Samsung” şirkəti bu dəfə istifadəçinin telefonunu önündəki ekrandan kabelsiz enerji yığa bilməsi üçün yeni bir monitor istehsal edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Samsung”un Full HD göstərə bilən 24 düymlü “Samsung” S24E370DL və 27 düymlü S27E370DS monitorları, önündəki platformaya qoyulan mobil telefonları kabel olmadan enerji yükləyə bilir. Ancaq monitorun kabelsiz enerji xüsusiyyətinin yalnız "Galaxy S6" və "Galaxy S6 Edge" smartfonlara uyğun olduğu ifadə edilir. "Samsung"un son çıxardığı monitorların digər diqqət çəkən xüsusiyyəti isə göstərmə sistemində bəzi dəyişikliklər edərək gözü daha az yormasıdır.

Son xəbərlər

Orphus sistemi