Yuxarı

​Cənubi Koreyada korlar üçün "ağıllı" saat icad edilib

Dayanmadan işləyən cihaz beş günədək enerji yükləmədən də işləyir

Bakı. 4 avqust. REPORT.AZ/ Cənubi Koreya şirkətinin startapları zəif görmə qabiliyyəti olan və kor insanlar üçün "ağıllı" saat icad ediblər. Cihazın müəyyən funksiyaları "Apple Watch"u təkrarlasa da, bu saatlar tamamilə fərqli prinsiplə işləyir.

"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, adi saatdan fərqli olaraq "Dot Smartwatch"un "ekranı" 6 nöqtəli 4 seqmentdən ibarətdir. İşlək panelin bu prinsip üzrə qurulması simvolları Brayl şrifti ilə göstərməyə imkan verir. Cihaz "Bluetooth" vasitəsilə smartfon və digər "Dot" saatlarla sinxronlaşdırılıb. Dayanmadan işləyən saat beş günədək enerji yükləmədən də işləyə bilir.

"Dot"un satışına bu ilin dekabrından başlamağı düşünürlər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi