Cəlilabadda məktəblilərə internetdəki təhlükələrdən danışılıb - VİDEO

Cəlilabadda məktəblilərə internetdəki təhlükələrdən danışılıb - VİDEO Video əlavə olunub
İKT
26 Aprel , 2019 20:31
Cəlilabadda məktəblilərə internetdəki təhlükələrdən danışılıb - VİDEO

Video əlavə olunub


*** 18:27

Cəlilabad rayonunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom MMC tərəfindən Ə.Kərimov adına Gülməmmədli kənd orta məktəbində "İnternetdə olan imkanlar və təhlükələr" adlı seminar keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, layihənin məqsədi kənd yerlərində yaşayan məktəblilərin internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərin artırılmasıdır. Seminar 3 mövzudan - rabitə və internet haqqında ümumi məlumat, internetin imkanları təhlükələri mövzularından ibarət olub. Tədbirin sonunda iştirakçıların mövzular üzrə sualları cavablandırılıb.

Qeyd edək ki, belə seminarlar digər bölgələrdə də həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi