Bu il TASİM layihəsinin Azərbaycan-Qazaxıstan seqmenti ilə bağlı müqavilə bağlanacaq

Bu il TASİM layihəsinin Azərbaycan-Qazaxıstan seqmenti ilə bağlı müqavilə bağlanacaq Layihənin Azərbaycandan Xəzərin şərq sahilinə keçməsi üçün Qazaxıstanla razılıq əldə olunub
İKT
17 Yanvar , 2015 15:26
Bu il TASİM layihəsinin Azərbaycan-Qazaxıstan seqmenti ilə bağlı müqavilə bağlanacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ BMT-nin dəstəklədiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Azərbaycandan Xəzər dənizinin şərq sahilinə keçməsi üçün Qazaxıstanla razılıq əldə olunub. 

"Report"un verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, artıq bu ilin ikinci yarısında layihənin həyata keçirilməsi məqsədi ilə Qazaxıstanla müvafiq müqavilə imzalanacaq. Bundan sonra, artıq carı ilin sonuna kimi TASİM layihəsinin bu, yeni seqmenti üzrə işlərin həyata keçirilməsinə başlanacaq.

Son xəbərlər

Orphus sistemi