Yuxarı

​Azərbaycanın rabitə sektoru 11% artıb

Xidmətlərdən əldə olunmuş gəlirlərin 53%-i mobil telefon rabitəsinin payına düşür

Bakı. 11 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdiyi xidmətlərin həcmi müqayisəli qiymətlərlə ötən ilin müvafiq dövrünə nisbətən 10,6% artıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ümumilikdə, yanvar-may aylarında əhaliyə 653,2 mln. manatlıq rabitə xidməti göstərilib ki, bunun da ümumi informasiya və rabitə xidmətlərində payı 72,3% olub.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,4%-i mobil telefon rabitəsindən yaranıb və bu xidmətlər 348,8 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi