Bu il əhali mobil rabitəyə 135 mln. manat xərcləyib

Bu il əhali mobil rabitəyə 135 mln. manat xərcləyib Bu ilin yanvar-fevral ayı ərzində informasiya və rabitə müəssisələri 306,9 mln. manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub.
İKT
16 Mart , 2019 16:50
Bu il əhali mobil rabitəyə 135 mln. manat xərcləyib

Bu ilin yanvar-fevral ayı ərzində informasiya və rabitə müəssisələri 306,9 mln. manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 43,9%-i və ya 134,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi