Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün “iPhone” smartfonlarının geniş ictimaiyyət üçün təqdim edilməsinin 10 ili tamam olur. Sözügedən smartfon seriyaları “Apple” şirkəti tərəfindən hazırlanır.
“Report”un xəbərinə görə, “iPhone” ilk dəfə 2007-ci il yanvarın 9-da “Macworld Expo” sərgisinin konfransında Stiv Cobs tərəfindən təqdim olunub. Smartfon satışa 2007-ci il iyunun 29-da çıxarılıb və ABŞ bazarının əhəmiyyətli hissəsini əldə edib.
Sözügedən şirkət bu il dünya bazarına yeni nəsil aparatlarla yanaşı, “iPhone”nun tamamilə yeni modellərini çıxarmağı planlaşdırır. İsveçrənin “
“Apple”ın bu il istehsal edəcəyi OLED panelli, müasir kamera və simsiz enerji yığma ilə təchiz olunan smartfonun şüşədən olacağı gözlənilir.
Bununla belə, “