Yuxarı

Bu gün dünyada Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edilir

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün “Birlikdə daha yaxşı internet üçün” şüarı ilə Beynəlxalq Təhlükəsiz İnternet Günü (Safer Internet Day - SID) qeyd edilir. 

“Report”un məlumatına görə, bu əlamətdar gün 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib və hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamında qeyd olunur.

Əsas məqsəd dünyada, xüsusən uşaq və yeniyetmələr arasında onlayn texnologiyalar və mobil cihazlardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

2019-cu ildə Beynəlxalq Təhlükəsiz İnternet günü dünyanın 140-a yaxın ölkəsində, o cümlədən də Azərbaycanda qeyd olunur.

Hazırda Azərbaycanın da daxil olduğu 100-dən artıq ölkənin ekspertləri mərkəzi Brüsseldə (Belçika) yerləşən SID Komitəsində çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi