BTRİB abunəçilər üçün “Öncədən ödəmə” sisteminə başlayır

BTRİB abunəçilər üçün “Öncədən ödəmə” sisteminə başlayır Yeni sistemin tətbiqi ilə abunəçiyə ödədiyi məbləğə uyğun xidmət göstəriləcək
İKT
25 Avqust , 2016 19:58
BTRİB abunəçilər üçün “Öncədən ödəmə” sisteminə başlayır

Bakı. 25 avqust. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin telekommunikasiya sahəsində apardığı islahatların nəticəsi olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) sentyabrın 1-dən etibarən internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başlayacaq.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən xəbərə görə, bundan sonra BTRİB-in təqdim etdiyi internet və İPTV xidmətlərdən istifadə edən abunəçilərin debitor borcu yaranmayacaq. 

Belə ki, əvvəllər istifadəçilər göstərilən xidmətlərə görə sonradan ödəniş etdiyi üçün debitor borcu yaranırdı. Bəzi hallarda xidmətlərdən istifadə edən abunəçilər xidmət haqqını ödəməkdən yayınırdılar. Nəticədə abunəçiyə göstərilən xidmət dayandırılırdı. Bundan sonra “Öncədən ödəmə” sisteminin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alacaq və göstərilən xidmətdə fasilə yaranmayacaq. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya xidmət haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq.

Xatırladaq ki, BTRİB-nin təqdim etdiyi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları üzrə onlayn və ödəmə terminalları vasitəsi ilə ödəniş etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi