Yuxarı

​BSA: Azərbaycanda lisenziyasız proqram təminatının istifadə səviyyəsi əvvəlki kimi yüksəkdir

BSA Azərbaycana əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunvericiliyi təkmilləşdirməyi tövsiyə edir

Bakı. 31 iyul. REPORT.AZ/ “The Software Alliance” (BSA) təşkilatı 301 saylı xüsusi məruzəsini ABŞ Ticarət Nümayəndəliyinin ofisinə (USTR) verdiyi illik məruzəsinə əsasən, Azərbaycan “Tərəddüdlü ölkələr” siyahısında qərarlaşıb. Belə ki, ölkədə lisenziyasız istifadə olunan proqram təminatı üzrə göstəricilər dünyada ən yüksək səviyyədə, təxminən 85%-dir.

BSA təşkilatı hesab edir ki, Azərbaycanda əqli mülkiyyət və müəllif hüquqlarının mühafizəsi ilə bağlı tədbirlərin icrası gücləndirilməlidir. Vəzifəli şəxslərin və cəmiyyətin lisenziyasız proqram təminatı istifadəsinin riskləri və ölkə iqtisadiyyatı üçün əqli mülkiyyət hüquqlarının qorunmasının vacibliyindən məlumatlı olmalarına baxmayaraq, ölkədə kompüter proqramları təminatının piratçılıq səviyyəsi azalmır. BSA təşkilatının üzvləri tərəfindən satış kanallarından lisenziyasız proqram təminatının müsadirəsi ilə bağlı geniş tədbirlər həyata keçirilməsinə baxmayaraq, əqli mülkiyyət hüquqlarının mühafiəsində boşluqların olması nəticəsində bir sıra dövlət təşkilatları, iri, orta və kiçik müəssisələr hələ də lisenziyasız proqram təminatından istifadə edir.

BSA təşkilatı Azərbaycan hökumətinə əqli mülkiyyət hüquqlarının qorunması və bu istiqamətdə tədbirlərin nizamlanması ilə bağlı müvafiq qanunların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində addımlar atmağı tövsiyə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi