Boyko Borisov: “Qafqaz regionu Avropada mövcud olan yüksək sürətli internetdən istifadə edə biləcək”

Boyko Borisov: “Qafqaz regionu Avropada mövcud olan yüksək sürətli internetdən istifadə edə biləcək” “Qafqaz regionu Avropada mövcud olan yüksək sürətli internet və rəqəmsal infrastrukturdan istifadə edə biləcək”.
İKT
16 Aprel , 2019 16:07
Boyko Borisov: “Qafqaz regionu Avropada mövcud olan yüksək sürətli internetdən istifadə edə biləcək”

“Qafqaz regionu Avropada mövcud olan yüksək sürətli internet və rəqəmsal infrastrukturdan istifadə edə biləcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov gürcü həmkarı Mamuka Baxtadze ilə keçirdiyi görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Qara dəniz hövzəsində yeni optik kabel çəkiləcək: “Biz bu layihəni yaxın bir neçə ay ərzində başlamağı planlaşdırırıq. Gürcüstan bu layihənin reallaşdırılmasında bizim köməyimizə tam arxayın ola bilər”.

B.Borisov qeyd edib ki, Gürcüstan Qara dəniz sahilində Bolqarıstanın əsas tərəfdaşıdır.

M.Baxtadze, öz növbəsində, deyib ki, Gürcüstan və Bolqarıstan coğrafi baxımdan bir-biri ilə bağlıdır: “Qara dəniz bizim aramızda təbii körpüdür və bu da unikal imkan və böyük potensial yaradır. Biz nəqliyyat sahəsində mövcud potensialdan yararlanmağa hazırıq. Biz eyni zamanda hər iki ölkə üçün unikal layihəyə başlamaq barədə razılığa gəldik. Bu layihə yalnız bizim üçün deyil, bütün region üçün əhəmiyyətlidir. Ümid edirəm ki, tezliklə Gürcüstan və Bolqarıstanı, eyni zamanda Şərq və Qərbi birləşdiriəcək yeni rəqəmsal dəhlizin yaradıldığını elan edəcəyik”.

Son xəbərlər

Orphus sistemi