BMT-nin Azərbaycan nümayəndəliyinin veb-səhifəsi təqdim olunub

BMT-nin Azərbaycan nümayəndəliyinin veb-səhifəsi təqdim olunub Veb-səhifə www.az.one.un.org ünvanında yerləşir
İKT
16 Oktyabr , 2015 15:38
BMT-nin Azərbaycan nümayəndəliyinin veb-səhifəsi təqdim olunub

Bakı. 16 oktyabr. REPORT.AZ/ BMT-nin Azərbaycan nümayəndəliyinin veb-səhifəsi təqdim olunub.

BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, veb-səhifə www.az.one.un.org ünvanında yerləşir.

Məlumata əsasən, veb-səhifə çoxfunksiyalıdır və BMT-nin Azərbaycan nümayəndəliyinin ölkədə fəaliyyətini əks etdirir.

Bu veb-səhifədə Azərbaycanda fəaliyyət göstərən 18 BMT Agentliyi haqqında məlumat və təşkilatın ölkədəki Tərəfdaşlıq Çərçivəsi, BMT rezident əlaqələndiricisinin illik hesabatları var.

Bundan əlavə, yeni yaradılan veb-səhifə Azərbaycan, BMT və Azərbaycan münasibətləri, ölkədə BMT rezident əlaqələndirmə sistemi, BMT-nin Azərbaycandakı tərəfdaşları və xoşməramli səfirləri və s. barədə məlumatları əks etdirir.

Veb-səhifə Azərbaycandakı çoxsaylı BMT Agentliklərinin Birgə İctimai Əlaqələr Strategiyasının tətbiqi üçün atılan ilk addımdır.

Son xəbərlər

Orphus sistemi