"​BlackBerry" bazara yeni smartfonlar çıxarır

"​BlackBerry" bazara yeni smartfonlar çıxarır İlk telefonun noyabrda təqdim olunacağı gözlənilir
İKT
21 İyun , 2015 13:49
​BlackBerry bazara yeni smartfonlar çıxarır

Bakı. 21 iyun. REPORT.AZ/ “BlackBerry” öz əməliyyat sistemi ilə işləməyən smartfonlar istehsal edəcək. “Report” Türkiyə mediasına istinadən bildirir ki, brend yaranış tarixindən bu yana ilk dəfə "Android" əsaslı telefon istehsal edəcək. “Venesiya” adı verilən telefon 5,4 düym "Quad HD" qövslü ekran və 8-nüvəli "Snapdragon 808" prosessor kimi yüksək xüsusiyyətlərə sahib olacaq və noyabr ayında istifadəyə verilməsi planlaşdırılır. 

Ancaq “N4BB” saytının məlumatına görə “BlackBerry Venesiya” smartfonu "Android" əməliyyat sistemli işləyən tək məhsul olmayacaq. Şirkət avqust ayında “BlackBerry Prague” adına sahib başqa bir "Android"li telefon da istifadəyə verəcək.

Deyilənlərə görə, orta seqment üçün nəzərdə tutulan “BlackBerry Prague” keçən il təqdimatı keçirilən “BlackBerry Z3” ilə eyni xüsusiyyətlərə sahib olacaq.

Son xəbərlər

Orphus sistemi