Yuxarı

Bəzi telekanalların ​"Azerspace-1" peykindən yayımı dayandırılır

Bəzi kanalların isə yayım keyfiyyətinin artırılması məqsədilə yayım tezlikləri dəyişib

Bakı. 7 aprel. REPORT.AZ/ “Azərkosmos” ASC tərəfindən idarə olunan "Azerspace-1" peyki üzərindən yayımlanan "TRT Avaz", "2x2", "Semerkand", "Cine5", "TRT1", "Samanyolu", "TMB", "Fox" telekanallarının yayımı yaxın günlərdə dayandırılacaq.

“Report” “Azərkosmos” ASC-nin məlumatına əsasən bildirir ki, eyni zamanda, bəzi kanalların yayım keyfiyyətinin artırılması məqsədilə yayım tezlikləri dəyişilib. Bununla əlaqədar olaraq, "TNT", "S Haber" 11134Mhz: S/R-27500: Pol-H tezliyində, "InterAz" kanalı isə artıq 11169Mhz : S/R-27500 : Pol-H tezliyində yayımlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi