Yuxarı
    Bağlamaq

    Bəzi dövlət qurumlarının internet saytlarına girişlə bağlı məhdudiyyətlər aradan qaldırılıb - YENİLƏNİB

    Xüsusi Dövlət Mühafizə Xidməti profilatik tədbirlər görüb

    Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycanın bəzi dövlət qurumlarının rəsmi internet saytlarına girişlə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Bu barədə "Report"a rabitə və yüksək texnologiyaları nazirinin müşaviri Müşfiq Əmirov bildirib.

    Onun sözlərinə görə, məhdudiyyətlər Xüsusi Dövlət Mühafizə Xidmətinin apardığı profilatik işlərlə əlaqədar olub. Belə ki, haker hücumları və başqa problemlərlə əlaqədar olaraq Xüsusi Dövlət Mühafizə Xidməti profilatik tədbirlər görüb: "Buna görə də bəzi dövlət qurumlarının saytlarına giriş məhdudlaşdırılmışdı. Amma indi saytlara giriş normaldır".

    ***

    ilk xəbər saat 11:29-da yayımlanıb

    Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycanın bəzi dövlət qurumlarının rəsmi internet saytlarına daxil olmaqda problem yaranıb. "Report"un verdiyi məlumata görə, bu sıraya Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və digərləri aiddir. Bir çox provayderlər vasitəsilə həmin saytlara daxil olmaq mümkün deyil.

    Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov "Report"a bildirib ki, bəzi dövlət qurumlarının saytlarına girişin məhdudlaşdırılmasının səbəbləri bəlli deyil: "Hazırda həmin səbəblər araşdırılır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi