Belarus kriptovalyuta dövriyyəsinə rəsmən icazə verib

Belarus kriptovalyuta dövriyyəsinə rəsmən icazə verib Bununla yanaşı, 2023-cü ilə qədər kriptovalyutadan əldə olunan gəlirlər vergidən azad edilir
İKT
22 Dekabr , 2017 16:33
Belarus kriptovalyuta dövriyyəsinə rəsmən icazə verib

Bakı. 22 dekabr. REPORT.AZ/ Belarusda rəsmi olaraq rəqəmsal valyuta və tokenlərin dövriyyəsinə icazə verilib.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko tərəfindən imzalanan "Rəqəmsal iqtisadiyyatın inkişafı" adlı dekretinə müvafiq əsasnamə əlavə edilib.

"Həyat dəyişir. İlin əvvəlində hər hansı bir mayninq, blokçeyn, kriptovalyuta haqqında danışa bilməzdik. Bu gün isə bu, reallığa çevrilir. Buna görə də həyat və təbii ki, normativ-hüquqi baza dəyişdiriləcək", - deyə dövlət başçısı bildirib. 

Yeni qanunvericilikdə fiziki və hüquqi şəxslərin tokenlərə sahib olma, yaratma, əldə etmə, satma, ödəmə və s. kimi hüquqları müəyyən ediləcək. Belarus prezidenti qeyd edib ki, sənədin əsas məqsədi ölkədə elə bir vəziyyət yaratmaqdır ki, beynəlxalq İKT şirkətləri bura gəlsinlər, öz nümayəndəliklərini açsınlar, dünyada tələb olunan məhsullar istehsal etsinlər.

"Sənədin ikinci məqsədi isə gələcəyə yatırımdır. Bu, İKT kadrlarının hazırlanması və təhsildir. Üçüncü məqsəd isə yeni maliyyə və texnologiya alətlərinin tətbiq edilməsidir. Belarus, demək olar ki, blokçeyn texnologiyasına icazə verən ilk ölkəyə çevrilir", - deyə A.Lukaşenko əlavə edib.

Sənəddə 2023-cü il yanvar ayının 1-nə qədər kriptovalyutalardan əldə olunan gəlirlərdən vergi tutulmayacağı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi