“Barama FinTech Hackathon” müsabiqəsinin 3 qalibi məlum olub

“Barama FinTech Hackathon” müsabiqəsinin 3 qalibi məlum olub Bakı. 2 noyabr. REPORT.AZ/ “Azercell Telecom” MMC və “Paşa Bank” ASC-nin dəstəyi, “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli “Barama FinTech Hackathon 2017 Mobile App” layihəsi başa çatıb. 
İKT
2 Noyabr , 2017 19:02
“Barama FinTech Hackathon” müsabiqəsinin 3 qalibi məlum olub

Bakı. 2 noyabr. REPORT.AZ/ “Azercell Telecom” MMC və “Paşa Bank” ASC-nin dəstəyi, “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli “Barama FinTech Hackathon 2017 Mobile App” layihəsi başa çatıb. 

Bu barədə “Report”a “Azercell”in mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, artıq ölkədə dördüncü dəfə təşkil olunan bu layihə mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Beləliklə, 50-dən artıq gənc proqramçının və 16 komandanın qatıldığı yarışmanın 3 qalib komandası bəlli olub.

I yerin sahibi – “Crocusoft” komandası “Coupay” layihəsi ilə 1 500 manat dəyərində hədiyyə qazanıb. Layihə alış-veriş zamanı yığılan bonus məbləğlərini mobil telefon vasitəsilə istifadə etməyə imkan verir;

II yerin sahibi – “Conexus” komandası “Nova wallet” layihəsi ilə 750 manat dəyərində hədiyyə qazanıb. Bu layihə bitkoin və valyutaları dəstəkləyən elektron pul qabıdır;

III yerin sahibi - "Meraki" komandası “Handy App” layihəsi ilə 450 manat dəyərində hədiyyə qazanıb. Həmin layihə isə qrup şəklində insanlar arasında kartdan-karta pul köçürülməsi əməliyyatlarının həyata keçirmək funksiyasını özündə cəmləmiş bir proqramdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi