"Barama FinTech Hackathon 2017 Mobile App" layihəsinə qeydiyyat başlayıb

"Barama FinTech Hackathon 2017 Mobile App" layihəsinə qeydiyyat başlayıb Sənəd qəbulu oktyabrın 25-dək davam edəcək
İKT
21 Oktyabr , 2017 17:38
Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başlayıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ “Azercell Telecom” MMC və “PAŞA Bank”ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "Barama FinTech Hackathon 2017 Mobile App" layihəsinə start verilib. 

"Azercell"dən "Report"a daxil olan məlumata görə, artıq ölkədə 4-cü dəfə təşkil olunan "Barama FinTech Hackathon 2017 Mobile App" layihəsi mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Bu layihənin əsas məqsədi ölkədə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı, keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da, proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir. 15 yaşından yuxarı və texniki biliklərə malik olan hər kəs oktyabrın 25-dək qeydiyyatdan keçib (www.hackathon.barama.az) bu yarışmada iştirak edə bilər.

İlk yeri tutan komandaya 1 500 manat, II yeri tutan komandaya 750 manat, III yeri tutan komandaya 450 manat dəyərində hədiyyələr təqdim olunacaq.

Xatırladaq ki, Barama İnnovasiya Mərkəzi "Azercell" şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. "Barama" əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə kömək edir. "Barama" fəaliyyətdə olduğu 7 il ərzində mərkəz bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb.

Son xəbərlər

Orphus sistemi