“Bank VTB (Azerbaijan)” tender keçirir

“Bank VTB (Azerbaijan)” tender keçirir Tender təklifləri qiymətləndirilərkən ən səmərəli və texniki baxımdan keyfiyyətli olana üstünlük veriləcək
İKT
10 Aprel , 2017 14:06
“Bank VTB (Azerbaijan)” tender keçirir

Bakı. 10 aprel. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC “AML sisteminin tətbiqi” layihəsi ("çirkli pullar"ın yuyulmasına qarşı) üzrə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, iddiaçılar təkliflərini aprelin 27-nə qədər “Bank VTB (Azerbaijan)”ın baş ofisinə (Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti,38 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Rüfət Sultanovdur. Tender təklifləri qiymətləndirilərkən ən səmərəli və texniki baxımdan keyfiyyətli olana üstünlük veriləcək.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

Son xəbərlər

Orphus sistemi