Yuxarı

"Bank VTB (Azerbaijan)" tender elan edib

Tender İT avadanlığının alınması və əmək haqqının avtomatlaşdırılmış hesablanması modulunun tətbiqi üçün keçirilir

Bakı. 7 dekabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC İT avadanlığının satın alınması üzrə (Manage Engine Service Desk proqram təminatı üçün illik lisenziyanın alınması) və “Kadrların idarə edilməsi və əmək haqqının avtomatlaşdırılmış qaydada hesablanması modulunun tətbiq edilməsi” layihəsi üzrə açıq tender elan edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr-ti,38 ("MessenatPlaza") ünvanında yerləşən "Bank VTB (Azərbaycan)"ın baş ofisinə təqdim edilməlidir.

İT avadanlığının alınması üzrə tender təklifləri dekabrın 15-i, digər tender təklifləri isə dekabrın 21-i saat 16:00-dan gec olmayaraq təqdim edilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi