​“Bank Technique”in Məsafəli Xidmətlərinə "Asan İmza" texnologiyası inteqrasiya edilir

​“Bank Technique”in Məsafəli Xidmətlərinə "Asan İmza" texnologiyası inteqrasiya edilir Yeni texnologiya gələn həftə ərzində müştərilərin istifadəsinə veriləcək
İKT
26 May , 2015 18:55
​“Bank Technique”in Məsafəli Xidmətlərinə Asan İmza texnologiyası inteqrasiya edilir

Bakı. 26 may. REPORT.AZ/ “Bank Technique” ASC may ayında istifadəyə vermiş olduğu Məsafəli Bankçılıq Xidmətlərinə "Asan İmza" mobil elektron imza texnologiyasını inteqrasiya edir.

"Report"un verdiyi xəbərə görə, bankda keçirilən toplantı zamanı "Asan İmza"nın “Technique Online”, “Technique Mobile” və “Technique ID” sistemlərində testlərinin uğurla həyata keçirildiyi bildirilib, tam istifadəyə hazır olduğu vurğulanıb. Yeni texnologiyanın gələn həftə ərzində müştərilərin istifadəsinə verilməsi barədə qərar qəbul edilib.

“Technique Online” tamfunksional internet-bankçılıq sistemini, “Technique Mobile” smartfonlar üçün mobil proqramını və Azərbaycan bazarı üçün unikal hesab edilə bilən və bank əməliyyatlarının telefon əlaqəsi vasitəsilə icrasını təmin edən “Technique ID” qabaqcıl identifikasiya sistemini birləşdirən ən yeni İnnovativ Məsafəli Bankçılıq Xidmətlərin təqdimatı may ayının 1-də təşkil edilib. 

“Bank Technique”in Müşahidə Şurasının sədri Rövşən İsmayılov bu ay istifadəyə verilmiş xidmətlərin kifayət qədər maraqla qarşılandığını bildirərək yeni texnologiyaların tətbiqinin vacibliyini bildirib.

Son xəbərlər

Orphus sistemi