Yuxarı
    Bağlamaq

    Bank hesabını ​“Facebook” üzərindən istifadə edənlər artıq “Messenger” üzərindən pul transferi edə biləcəklər

    Funksiya tezliklə sosial şəbəkə istifadə olunan bütün ölkələrdə aktiv olacaq

    Bakı. 2 iyul. REPORT.AZ/ “Facebook” sosial şəbəkəsinin mesaj bölməsi olan “Messenger” vasitəsilə pul transferi etmək artıq mümkündür. “Report” xarici mediaya istinadən bildirir ki, sosial şəbəkə bir müddət əvvəl bu funksiyanın aktivləşdirilməsi üçün işlərin başladığını elan edib.

    ABŞ-dakı bütün “Facebook” istifadəçiləri artıq “Messenger” üzərindən ailə üzvlərinə və ya yoldaşlarına pul göndərə bilərlər. “Messenger”də "$"(dollar) ikonu istifadə etməklə prosesə başlamaq mümkündür. Miqdar təyin olunduqdan sonra pul transferi əməliyyatı başlayır. Göndərilən pul da bank hesabınaən gec 3 iş gününə qədər oturur.

    Qeyd edək ki, bu prosesi həyata keçirə bilmək üçün istifadəçi bank hesabını “Facebook” üzərindən istifadə etməlidir. Funksiya tezliklə sosial şəbəkə istifadə olunan bütün ölkələrdə aktiv olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi