​Bakıda Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondu üzrə Qəyyumlar Şurasının iclası keçirilir

​Bakıda Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondu üzrə Qəyyumlar Şurasının iclası keçirilir Ümumdünya Poçt İttifaqı ilə əməkdaşlıq çərçivəsində indiyədək 8 layihə həyata keçirilib
İKT
25 May , 2016 18:02
​Bakıda Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondu üzrə Qəyyumlar Şurasının iclası keçirilir

Bakı. 25 may. REPORT.AZ/ Bakıda Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund, QSF) üzrə Qəyyumlar Şurasının (Board of Trustees, BoT) iclası keçirilir.

"Report"un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) istinadən verdiyi xəbərə görə, ÜPİ ilə əməkdaşlıq çərçivəsində indiyədək 8 layihə həyata keçirilib. Bu layihələrə poçt yüklərinin daşınması üçün avtomaşın, müxtəlif çeşidli skaner, printer, izləmə sistemi avadanlıqlarının alınaraq poçt şəbəkəsində istismara verilməsi daxildir.

İclasda Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurası adından müvafiq tövsiyələr səsləndirilərək, QSF tərəfindən reallaşdırılan layihələrin xüsusən inkişaf etməkdə olan ölkələrə töhfə verdiyi, layihələrin bundan sonra da davam etdirilməsinin zərurilyi vurğulanıb.

Öz növbəsində, QSF üzrə Qəyyumlar Şurasının sədri İzabel Tavares 20 sentyabr - 7 oktyabr tarixlərində İstanbulda (Türkiyə) keçiriləcək XXVI Ümumdünya Poçt Konqresindən söz açaraq, QSF-nin gələcək fəaliyyətinin də məhz bu konqresdə müzakirə olunacağını vurğulayıb. İ.Tavares Xidmət Keyfiyyəti Fondunun növbəti illərdə işini daha fəal və müsbət istiqamət üzrə davam etdirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, üç gün davam edəcək iclas Azərbaycanda ilk dəfə keçirilir. 

Dünyanın bütün coğrafi regionlarını təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir. Sözügedən 9 ölkədən (ABŞ, Avstraliya, Portuqaliya, İsveçrə, Misir, Hindistan, Nigeriya, Çili) biri də Azərbaycandır. Azərbaycan Şurada Şərqi Avropa və Simali Asiya regionunu təmsil edir. Azərbaycan bu orqanın üzvü olmaqla, milli poçt üçün bir sıra əhəmiyyətli layihələrin hazırlanması və maliyyələşməsi istiqamətində əhəmiyyətli imkanlar əldə edib.

Son xəbərlər

Orphus sistemi