​Bakıda startap sahəsinin gələcəyi müzakirə olunacaq

​Bakıda startap sahəsinin gələcəyi müzakirə olunacaq Tədbirdə tanınmış startap müəssisləri, investor və sahibkarlar iştirak edəcək
İKT
19 Aprel , 2016 18:20
​Bakıda startap sahəsinin gələcəyi müzakirə olunacaq

Bakı. 19 aprel.REPORT.AZ/ Aprelin 20-də Bakıda dünya şöhrətli şotland viski brendi sayılan “Grant’s”ın dəstəyi ilə azərbaycanlı yazıçı Natella Osmanlının təsis etdiyi “NO Club” klubunun üzvlərinin növbəti görüşü təşkil olunacaq. "Report" xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanda startap sahəsində cari vəziyyəti, mövcud problemləri və tendensiyaları müzakirə olunacaq.

Tədbir tanınmış startap müəssisləri, investor və sahibkarları bir araya yığacaq. Tədbirin əsas məqsədi təcrübə mübadiləsi, həmçinin startap sahəsinin tendensiyaları, onların maliyyələşdirilməsi və iqtisadiyyatın müxtəlif sektorlarında xüsusiyyətlərə həsr olunmuş müzakirələr aparmaqdır. “NO Club”un üzvlərinin və qonaqlarının görüşü  #IOU (IOweYou) adlı qlobal konsepsiyası çərçivəsində təşkil olunacaq. 

Xatırladaq ki, #IOU Afrika, Asiya, Avropa, Şimali və Latın Amerikasının 40-dan çox ölkəsində 25 sentyabr tarixində nümayiş edilib. #IOU çarxı (https://www.youtube.com/watch?v=Kh1-4yc0OiE&feature=youtu.be) həyatda bir-birinə dəstək olan güclü və müvəffəqiyyətli bir qrup dostu göstərir. Film düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?”.

Son xəbərlər

Orphus sistemi