Bakıda pulsuz Wi-Fi xidməti təqdim edilən dayancaqların sayı artırılacaq

Bakıda pulsuz Wi-Fi xidməti təqdim edilən dayancaqların sayı artırılacaq "Bakcell" şirkəti bu istiqamətdə iş aparır
İKT
24 Dekabr , 2015 12:38
Bakıda pulsuz Wi-Fi xidməti təqdim edilən dayancaqların sayı artırılacaq

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti Bakı şəhərindəki avtobus dayanacaqlarında Wi-Fi xidmətinin istifadəsini genişləndirəcək. Bu barədə "Report"a "Bakcell"dən bildirilib.

Məlumata görə, şirkət 2016-cı ildən etibarən mövcud xidmətin istifadəsi mümkün olacaq ərazilərin sayını artıracaq. Hazırda mobil operator bu layihənin üzərində işləyir. 

Qeyd edək ki, 2015-ci ilin noyabr ayından mobil şirkət “Huawei & Bakcell LTE Campaign” çərçivəsində Bakıda təxminən 10 dayanacaqda Wi-Fi modemləri quraşdırıb. Dayanacaqda dayanan şəxslər şirkətin təqdim etdiyi Wi-Fi xidməti ilə elektron poçtlarını yoxlaya və ya sosial şəbəkələrə daxil ola bilir.

Xatırladaq ki, "Bakcell" 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir. 2014-cü ildən indiyə kimi şirkətin təqdim etdiyi Wi-Fi internet xidmətindən 50 mindən artıq "Bakcell" abunəçisi, eləcə də "Bakcell" şəbəkəsini seçərək rouminq xidmətindən istifadə edən xarici qonaqlar istifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi