Bakıda "Open Innovations Startup Tour" innovasiya tədbiri keçiriləcək

Bakıda "Open Innovations Startup Tour" innovasiya tədbiri keçiriləcək Tədbirin əsas təşkilatçısı qismində Rusiyanın "Skolkovo" fondu çıxış edir
İKT
3 Aprel , 2017 15:17
Bakıda Open Innovations Startup Tour innovasiya tədbiri keçiriləcək

Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda ilk dəfə Rusiyanın "Skolkovo" fondunun "Open Innovations Startup Tour-2017" adlı innovasiya layihələrinə həsr edilmiş tədbir keçiriləcək. Fonddan "Report"a daxil olan məlumata görə, tədbir aprelin 16-17-də təşkil olunacaq.

Fond qeyd edir ki, bu tədbir üçün Azərbaycan təsadüfi seçilməyib: "Yaxın illərdə ölkənin sosial-iqtisadi inkişafının əsas məqsədi innovasiya relslərinə keçiddir. Azərbaycan bunun öhdəsindən uğurla gəlir. Belə ki, 2016-cı ilin nəticələrinə görə, Azərbaycan MDB ölkələri arasında rəqabətqabiliyyətlilik reytinqində lider mövqeləri paylaşır. Məhz buna görə, Bakı Rusiyanın regionları və MDB-də texnoloji sahibkarlığın inkişafına yönəlmiş "Open Innovations Startup Tour-2017" regional roud-şou proqramına daxil olub".

Layihə startap-komandaların seçimlərinin ilk dövründə ilk tədbir olacaq. Növbəti mərhələdə - iştirakçıların investorlara kommersiya üçün hazır məhsul təqdim edə biləcəkləri "Startup Village" konfransı və " Açıq innovasiyalar" forumu keçiriləcək.

Müsabiqə proqramı üç - biotibb, sənaye və informasiya sahəsi üzrə layihələr təqdim edilə bilər.

Qeyd edək ki, "Skolkovo" fondu artıq beşinci dəfədir Rusiya və MDB-də ən yaxşı startapların seçilməsinə dair illik və ən irimiqyaslı tədbir keçirir. 

Son xəbərlər

Orphus sistemi