Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda fevralın 28-də “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə “Microsoft” İnnovasiya Forumu keçiriləcək.
"Report"a daxil olan məlumata görə, forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və çoxlu sayda İT şirkətləri, startapları bir araya toplayacaq. Tədbirdə informasiya texnologiyaları sahəsində şirkət nümayəndələri və mütəxəssislər iştirak edəcəklər.
“Microsoft” İnnovasiya Forumu müasir texnoloji yenilikləri əhatə edəcək yeni layihəmizdir. Forumda bizim ən son məhsullarımızı, bulud texnologiyalarımızı təqdim edəcəyik, “Microsoft”un təcrübəsi ilə bölüşəcəyik. Qeydiyyatımız artıq başlayıb və deyə bilərəm ki, tədbirdə Azərbaycanın gənc İT şirkətlərinin, xarici ekspertlərin iştirakını gözləyirik. Bu forum həmdə, bizimlə və digər şirkətlərlə əməkdaşlıq üçün yaxşı platformadır” - “Microsoft Azerbaijan”nın baş direktoru Sərxan Həşimov bildirib.
Forumda iştirak qeydiyyat əsasında aparılır. Qeydiyyatdan
“Microsoft” Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Təmsilçiliyin məqsədi “Microsoft” Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.