Yuxarı
    Bağlamaq

    Bakıda iki mərkəzi ATS-də İP əsaslı beynəlxalq kommutasiya sistemi quraşdırılacaq

    Bu işlərin avqust ayının sonuna kimi tam başa çatdırılması nəzərdə tutulur

    Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanın beynəlxalq trafik mübadiləsinin alternativliyinin təmin edilməsi, həmçinin rabitənin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilmiş beynəlxalq tenderin nəticəsi olaraq EATS-594/595-də İP əsaslı Beynəlxalq Kommutasiya Sisteminin quraşdırılması üzrə işlərin avqust ayının sonuna kimi tam başa çatdırılması nəzərdə tutulur.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, sabit şəbəkə üzrə ADSL portlarının montaj tutumu 96 308 ədəd artaraq 708 514-ə, istifadə tutumu isə 23 848 ədəd artaraq 538 325-ə çatdırılıb.

    Regionların telefon şəbəkəsində kənd EATS-lərinin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili layihəsi çərçivəsində ümumilikdə 100 km-dən artıq məsafədə fiber-optik kabel xətləri çəkilib və 15-dən artıq kənd EATS-nin şəbəkəyə rəqəmsal bağlantısı təmin edilib, 17 yeni EATS tikilib, 15 EATS-in tutumu artırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi