Bakıda ictimai Wi-Fi layihəsinə start verilib

Bakıda ictimai Wi-Fi layihəsinə start verilib Layihənin ilkin mərhələsi üçün əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib
İKT
22 Avqust , 2016 15:32
Bakıda ictimai Wi-Fi layihəsinə start verilib

Bakı. 22 avqust. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihənin icrasına başlayıb.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, sözügedən layihəyə əsasən, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və Fəvvarələr meydanı ərazilərini ictimai Wi-Fi şəbəkəsi ilə təmin ediləcək.

"Layihələndirmə işləri artıq başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq", - deyə nazirlikdən bildirilib.

İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini, şəhərin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. Layihənin ilkin mərhələsi üçün əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.

Son xəbərlər

Orphus sistemi